`Dindarlar prezidentə dua edirlər` - Şeyx

`Dindarlar prezidentə dua edirlər` - Şeyx
  18 Fevral 2016    Oxunub:2716
“Biz tez-tez müsəlman məbədləri ilə yanaşı, xristian, yəhudi ibadətgahlarında görüşürük. Bu, Azərbaycanda dövlət-din münasibətlərinin, dinlərarası dialoq, tolerantlıq, multikulturalizmin nümunəsidir. Bu, bizim həyat tərzimizdir, dövlətimizin siyasəti, dünyaya örnək olan Azərbaycan reallığıdır”.
AzVision.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə ötən gün Gəncədə “İmamzadə” dini kompleksinin açılışında çıxışı zamanı deyib.

Şeyx bildirib ki, milli mənəvi dəyərlərimizə önəm verən prezident İlham Əliyevə dindarlar həmişə dualar edirlər:“Dünyada baş verən hadisələr fonunda – islamofobiya, İslam adından sui-istifadə edərək törədilən qırğınlar, Yaxın Şərqdə və qonşu ölkələrdə qanlı faciələr, iqtisadi, siyasi böhranlar, Azərbaycan torpaqlarının 20 faizinin erməni ekstremistləri tərəfindən işğal edildiyi halda, erməni lobbisinin bizə qarşı məqsədyönlü təxribatlar apardığı dönəmlərdə Azərbaycanı bu bəlalardan hifz etmək, Ulu Öndərin bizə əmanət etdiyi müstəqilliyimizin qorunub saxlanılması üçün gecə-gündüz zəhmət çəkən dövlətimizin başçısı İlham Əliyev həzrətlərinin, mədəni irsimizi dünyada təbliğ edən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanımın azərbaycançılıq naminə gələcək fəaliyyətlərində Uca Allahdan uğurlar diləyirəm. Vaxtının az olmasına baxmayaraq, Mehriban xanım tez-tez bu ziyarətgaha gəlib fikirlərini söyləyib”.

A.Paşazadə qeyd edib ki, bu gün Azərbaycanda dövlət mədəniyyətlər, dinlər, sivilizasiyalararası dialoqa dair nüfuzlu beynəlxalq tədbirlər keçirir, milli mənəvi irsimizlə yanaşı, bəşəri dəyərlərə sahib çıxır, dini məbədləri rövnəqləndirir, dini icmalara yardım və himayəsini əsirgəmir:

“Dindarlar buna görə dövlətimizə və dövlətimizin başçısına minnətdardırlar və bu siyasətə sadiqdirlər”.

AzVision.az


Teqlər:  





Xəbər lenti