İmzala, deyim kimsən-TEST

İmzala, deyim kimsən-TEST
  09 İyul 2013    Oxunub:16328
İmzadan xarakteri oxumaq mümkündür.
İmzalar da sahibləri kimi müxtəlif olur, bəzən düşünülmüş , bəzənsə elə-belə qeyri-iradi çəkilən imzalar olur. Lakin necə yazılırsa ,yazılsın imzamız xarakterimizi göstərir.

- İmza uzun olsa adam səbirlidir.

- İmza qısadırsa insan məntiqini yaxşı istifadə edər.

- İmza iti xəttlər təşkil edirsə sahibi iti fikirli, zarafatlı, iti məntiqli və dilini qılınc kimi istifadə edən və dediklərindən çox çəkəcək bir insandır.

- İmza düzdürsə insan düz xarakterli, etibarlı, yaxşı əxlaqlı, uyğundur.

- İmzada yumruluq varsa adamda lider xüsusiyyətləri vardır.

- İmzada 3 nöqtə varsa adam iti nişançı, ovçuluğa uyğun və son söz deməyi sevəndir.

- İmzada geri çevrilmələr varsa adamın yaddaşı qüvvətlidir.
- İmza bəzəkli xəttlər təşkil edirsə sahibi gözəl sənətlərə uyğundur.

- İmza qısa və anlaşılmayandırsa sahibi nəyisə önəmsəyən deyil.
- İmzanın başı böyük hərf və gözəgəlimli başlayırsa sahibi özünə inamlı, başlanğıcda özünü yaxşı, xarizmatik tanıdandır.

- İmzanın başı, ortası və sonu böyüksə müvafiq olaraq o əvvəldə, ortada və sonda özünü yaxşı təqdim edən və yaxşı iş təqibi olan biridir.

- İmzanın sonu böyük hərflə bitirsə başladığı işləri yaxşı bitirir deməkdir.

- İmzanın baş hərfindən sonra gələn qisimi incə isə sahibi incə xarakterli və romantik, qalınsa adam kobuddur və romantik deyil.
- İmzanın sonunda irəli və ya yuxarı doğru gedən bir xətt varsa adamın hədəfi böyükdür. Aşağı doğru xətt varsa adam özünəqapalıdır. Pessimistdir.

- İmza sağa əyiləndirsə sahibi sosial, diplomat; geriyə əyilmişsə qeyri- sosialdır.

- İmza necə gəldi çəkilmişsə sahibi də eyniylədir. Bu imza demək olar ki tüfeyli həyat tərzi yaşayanların imzasıdır.

- İmzada 3-4 fərqli xarakter varsa adam aktyorluq sənətinə daha yaxın biridir.

AzVision.az


Teqlər:  





Xəbər lenti