Bakıda 2 məktəbli itkin düşüb - FOTO

Bakıda 2 məktəbli itkin düşüb - FOTO
  18 Fevral 2016    Oxunub:3081
Bakıda 11 yaşlı iki məktəbli itkin düşüb.
AzVision.az xəbər verir ki, 11 yaşlı Babayev Şamil və 10 yaşlı Safiyev İsmayıl Bakının 32 saylı orta məktəbinin şagirdləridir. Şamil və İsmayıl dünən dərsdən çıxıb evə qayıtmayıb. Ailələr polisə müraciət edib. Yollara nəzarət kamerasından uşaqların son görüntüsü əldə edilib. Onlar sonuncu dəfə "Neftçilər" metrostansiyasına tərəf gediblər.

Trend-ə açıqlama verən Nizami rayonu 32 saylı orta məktəbin direktoru Sevda Abdullayeva faktı təsdiqləyib. Məktəb direktoru bildirib ki, hadisə fevralın 17-də günorta saatlarında baş verib. Məktəbin 5-ci sinif şagirdləri Ş.Babayev və İ.Şəfiyev dərsdən çıxıb evlərinə yola salınıb. Lakin şagirdlər evlərinə getməyiblər.

Şagirdlərin dərsdən sonra valideynlərinə təhvil verilməsi məsələsinə münasibət bildirən S.Abdullayeva bildirib: "Həmin şagirdlər həmişə məktəbə özləri gəlib, özləri gediblər. Onları heç vaxt valideynləri məktəbdən götürməyib. Bu barədə valideynləri polisə izahatlarında da qyed ediblər".

Direktor qeyd edib ki, hazırda polis şagirdlərin axtarışına başlayıb və onların gedəcəyi ehtimal edilən ərazilərlə bağlı araşdırmalar aparılır.

Şamilin əynində qara kurtka, göy şalvar, ağ idman ayaqqabısı, İsmayılın əynində isə göy şalvar, bordo kurtka və şabalıdı çəkmə olub. Uşaqları görənlərdən polisə və ailələrinə məlumat vermələri xahiş olunur.

(050) 527-11-80 Yekaterina (Şamilin anası)
(055) 935-82-60 Viktoriya (İsmayılın anası)


AzVision.az


Teqlər:  






Xəbər lenti