Tramp namizədlər arasında liderdir

Tramp namizədlər arasında liderdir
  18 Fevral 2016    Oxunub:2749
“Ipsos” kompaniyasının keçirdiyi sosioloji sorğuya əsasən, ABŞ prezidenti postu uğrunda mübarizədə Respublika Partiyasından olan namizəd Milyarder Donald Tramp öz rəqiblərini inamla qabaqlamaqda davam edir.
AzVision.az Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, şənbə günü Şimali Karolinada keçiriləcək praymeriz ərəfəsində respondentlərin 40 faizi Donald Trampı dəstəklədiyini bildirib. Onun yaxın rəqibi Ted Kruz 17, Mark Rubio və Ben Karson 11, Ceb Buş isə cəmi 8 faiz səs toplaya biliblər.

Sorğunun nəticəsinə görə, Demokratiya Partiyasından namizədliyə iddialı keçmiş dövlət katibi Hillari Klinton rəqibi senator Berni Sandersi 10 faiz geridə qoyub. Xatırladaq ki, xanım Klinton bundan əvvəl Nyu-Hempşirdə keçirilən praymerizdə Sandersə məğlub olmuşdu.

Tramp və Klintonun namizəd olacağı təqdirdə seçkilərdə kimin qalib gələcəyi sualının cavabında isə respondentlərin 44 faizi Klintonun, 37 faizi isə Trampın lehinə səs verib.

Sorğu Respublika Partiyasının 476, Demokratiya Partiyasının isə 543 üzvü arasında keçirilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti