DİN itkin düşən məktəbliləri axtarır - Açıqlama

DİN itkin düşən məktəbliləri axtarır - Açıqlama
  18 Fevral 2016    Oxunub:4575
Daxili İşlər Nazirliyi (DİN) Bakıda iki azyaşlı məktəblinin itkin düşməsi ilə bağlı açıqlama verib.
Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə AzVision.az-a bildirib ki, 32 saylı orta məktəbin şagirdləri - 11 yaşlı Babayev Şamil və 10 yaşlı Safiyev İsmayılın tapılması istiqamətində hüquq-mühafizə orqanları intensiv axtarışları davam etdirir.

Qeyd edək ki, fevralın 17-də günorta saatlarında Bakının 32 saylı orta məktəbinin 5-ci sinif şagirdləri Ş.Babayev və İ.Şəfiyev dərsdən çıxdıqdan sonra evə qayıtmayıb. Kamerka görüntülərindən bəlli olur ki, Nizami rayon 32 saylı orta məktəbin rus bölməsində 5-ci sinifdə təhsil alan 11 yaşlı Şamil Babayev və İsmayıl Şəfiyev dünən saat 17:20 radələrində məktəbdən çıxıb. Onlar piyada üzü “Neftçilər” metrostansiyası istiqamətinə gedib və "Dakar" dairəsi yaxınlığında kameraların nəzarət dairəsindən çıxıblar. Məktəblilər hərəkət edərək 25-ci Polis Bölməsinin ərazisindən 24-cü Polis Bölməsinin ərazisinə keçiblər.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  





Xəbər lenti