Gəncədə `Sadığın toyu` olacaq

Gəncədə `Sadığın toyu` olacaq
  18 Fevral 2016    Oxunub:3438
Gəncə Dövlət Dram teatrının səhnəsində Sahib İbrahimlinin “Sadığın toyu” komediyası üzərində yaradıçılıq işinə başlanılıb.

Gəncə Dövlət Dram teatrı artıq yerli dramaturq olan Sahib İbrahimlinin bununla dördüncü pyesinə müraciət edir.

Teatrın direktoru Əli Qasımovun verdiyi xəbərə görə pyesin qruluşçu rejissoru, respublikanın xalq artisti Vaqif Şərifovdur. Onun sözlərinə görə, tamaşada xalq atisti Alim Məmmədov (Cəfər), Zəminə Cəfərova (Nərgiz), Samir Abbasov (Sadıq), Rauf Hüseynov (Mozu), Elnur Abbasov (Şahnəli), Ramil Hüseynov (Honnadan), Mətləb Təhmazi (Mürsəl), Nailə Əhmədova (Lalə), Vasif İsmayılov (Tanrıverdi), Elnur Məmmədov (Salman) və Akif Səfərov (Qoquyev) obrazlarında çıxış edecəklər.

Qeyd edək ki, tamaşanın quruluşçu rəssamı Elnur Axundov, Musiqi tərtibatçısı isə Elşən Cəfərovdur. Tamaşa fevral ayının sonunda teatrsevərlərə təqdim olunacaq.


Teqlər:





Xəbər lenti