Bakıda itkin düşən məktəblilər tapıldı - FOTO

Bakıda itkin düşən məktəblilər tapıldı - FOTO
  18 Fevral 2016    Oxunub:6876
Bakıda ötən gündən yoxa çıxan iki məktəbli tapılıb.
Bu barədə AzVision.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib.

DİN rəsmisi 32 saylı orta məktəbin şagirdləri - 11 yaşlı Babayev Şamil və 10 yaşlı Safiyev İsmayılın paytaxt ərazisində tapıldığını qeyd edib.

Bildirilib ki, məktəblilər gün ərzində ailələrinə təhvil veriləcək.

***

Şamil Babayevin anası Yekaterina Babayeva uşaqların Hövsan ərazisindən tapıldığını deyib. Onun sözlərinə görə, uşaqlar tapılarkən gəzməyə getdiklərini bildiriblər.

Qeyd edək ki, fevralın 17-də günorta saatlarında Bakının 32 saylı orta məktəbinin 5-ci sinif şagirdləri Ş.Babayev və İ.Şəfiyev dərsdən çıxdıqdan sonra evə qayıtmayıb. Kamerka görüntülərindən bəlli olur ki, Nizami rayon 32 saylı orta məktəbin rus bölməsində 5-ci sinifdə təhsil alan 11 yaşlı Şamil Babayev və İsmayıl Şəfiyev dünən saat 17:20 radələrində məktəbdən çıxıb. Onlar piyada üzü “Neftçilər” metrostansiyası istiqamətinə gedib və "Dakar" dairəsi yaxınlığında kameraların nəzarət dairəsindən çıxıblar. Məktəblilər hərəkət edərək 25-ci Polis Bölməsinin ərazisindən 24-cü Polis Bölməsinin ərazisinə keçiblər.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  





Xəbər lenti