Əli Həsənov avropalılarla görüşdü

Əli Həsənov avropalılarla görüşdü
  09 İyul 2013    Oxunub:2305
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycanda səfərdə olan Avropa Parlamenti üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən AzVision.az-a verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri, Ermənistan-Azərbaycan münaqişəsinə dair məsələlər müzakirə olunub.

Ə.Həsənov Ermənistan-Azərbaycan münaqişəsinin tarixindən, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən danışıb.

Komitə sədri bildirib ki, Azərbaycanda qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə 5,4 milyard ABŞ dolları məbləğində vəsait sərf olunub. Qaçqın və məcburi köçkünlər üçün salınmış 78 qəsəbədə 150 minə yaxın qaçqın yerləşdirilib.

Avropa Xalq Partiyasının vitse-prezidenti, Avropa Parlamentində xarici əlaqələr komitəsinin üzvi Mario David Bakıda gördüklərinin onda böyük təəssürat yaratdığını deyib: “Biz Azərbaycanın dostuyuq və dostu olaraq da qalırıq. Məqsədimiz Azərbaycanın dostu kimi burada baş verən müsbət dəyişiklikləri öyrənərək, ölkənizdə müxtəlif mövzularda müzakirələr keçirməkdir».

Görüşdə iştirak edən Avropa Parlamentinin üzvləri Filip Kaçmarek, Elena Antonesku, Raşida Dati və başqaları Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində səy göstərəcəklərini vurğulayıblar.




Teqlər:





Xəbər lenti