Bakıda Türkiyəyə dəstək aksiyası
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, anım mərasimi nazirlik, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə baş tutub.
Gənclər səfirliyin önünə gül dəstələri qoyub, terror qurbanlarının xatirəsini yad ediblər. İştirakçılar terror aktını qətiyyətlə pisləyib, cinayətkarların ən sərt şəkildə cəzalandırılmasını tələb ediblər. Gənclər Azərbaycanın erməni terrorundan əziyyət çəkən bir ölkə olduğunu, bu çətin və ağrılı gündə bütün Azərbaycan gəncliyinin Türkiyənin yanında olduğunu bildiriblər.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


