Bir gündə 89 cinayət, 61 həbs

Bir gündə 89 cinayət, 61 həbs
  19 Fevral 2016    Oxunub:2112
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 89 cinayət faktı qeydə alınıb, onların da 30-u “isti izlər”lə açılıb.
AzVision.az-ın Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 36 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Bundan əlavə Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 12 nəfər yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 61 nəfər tutulub.

AzVision.az


Teqlər:





Xəbər lenti