Azərbaycanda iki nəfər itkin düşüb - Foto

Azərbaycanda iki nəfər itkin düşüb - Foto
  19 Fevral 2016    Oxunub:2901
Daxili İşlər Nazirliyi iki nəfərin itkin düşməsi ilə bağlı məlumat yayıb.
DİN-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, 20.10.1996-cı il təvəllüdlü Mamedova Türkanə Raqub qızı bu il yanvarın 11-də Bərdə şəhərində, 13.12.1973-cü ildə anadan olmuş Əliyev Rəşad Fikrət oğlu isə yanvarın 23-də Bakı şəhərinin Bülbülə qəsəbəsindəki yaşadıqları evlərdən çıxaraq gediblər və bir daha geri qayıtmayıblar. Sonuncu dəfə Türkanə paytaxt ərazisində görünüb.

İtkin düşmüş bu iki şəxsin xarakterik əlamətləri aşağıdakılardır:

Türkanə Mamedovanın boyu 1 metr 62 santimetr, gözləri şabalıdı rəngdədir. Rəşad Əliyevin boyu isə 1 metr 75 santimetr, gözlərinin rəngi qəhvəyidir. Türkanə Mamedovanı və Rəşad Əliyevi görənlərdən və ya itkin düşmüş bu iki şəxs barəsində hər hansı məlumatı olanlardan DİN-in “102” Xidmətinə, həmçinin (012) 590-96-29, 590-95-31, 590-93-08 nömrəli şəhər, (051) 920-59-12 nömrəli mobil telefonlara zəng edərək məlumat vermələri xahiş olunur.




AzVision.az


Teqlər:  





Xəbər lenti