Prezident sabiq nazirlə görüşüb
Fransa parlamenti üzvlərinin Azərbaycana mütəmadi səfərlərinin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev bu cür səfərlərin ölkələrimiz arasında dostluğun daha da gücləndirilməsi baxımından rolunu qeyd etdi. Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsində siyasi və iqtisadi əlaqələrlə yanaşı, parlamentlərarası əməkdaşlığın da mühüm əhəmiyyət daşıdığını dedi.
Jan-Mari Bokel Fransa parlamenti üzvlərinin ölkəmizə ənənəvi səfərlərinin əhəmiyyətini qeyd etdi. O, nümayəndə heyəti üzvlərinin Azərbaycanın dostları olduğunu bildirdi. Xocalı soyqırımının ildönümü ərəfəsində ölkəmizə səfər etdiklərini vurğulayan fransalı qonaq xalqımızın üzləşdiyi bu ağır fəlakətlə bağlı kədərini ifadə etdi.
Görüşdə dövlət başçıları arasında xüsusi münasibətlərin olduğu qeyd edildi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti və həlli yollarından danışıldı, münaqişənin sülh və danışıqlar yolu ilə beynəlxalq hüquq çərçivəsində nizama salınmasının vacibliyi vurğulandı, Azərbaycanın Avropa strukturları ilə əməkdaşlığı məsələləri ətrafında fikir mübadiləsi aparıldı.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


