Magistraturaya sənəd qəbulunun vaxtı uzadıldı

Magistraturaya sənəd qəbulunun vaxtı uzadıldı
  19 Fevral 2016    Oxunub:1778
Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulunun vaxtı fevralın 20-si saat 12-00-dək uzadılıb.
TQDK-nın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, magistraturaya qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu prosesi fevralın 10-dan başladılıb.

Qeyd edək ki, imtahanın birinci mərhələsi martın 6-da, ikinci mərhələsi isə iyunun 5-də keçiriləcək. Magistraturaya ixtisaslaşma seçimi imtahanın ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra - iyunun 9-dan 19-dək olan müddətdə aparılacaq.

AzVision.az


Teqlər:






Xəbər lenti