Ötən gün nələr baş verdi? - Xronika

Ötən gün nələr baş verdi? - Xronika
  20 Fevral 2016    Oxunub:2786
Ötən gün Azərbaycanda və dünyada bir çox hadisələr baş verib.Hansı xəbərlər oxucular arasında geniş müzakirələrə səbəb oldu? Fevralın 19-da nələr baş verdi?

AzVision.az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:

Aparıcı Ərdoğanı tənqid edənlərin üzünə tüpürdü - VİDEO

Türkiyənin `A Haber` telekanalının aparıcısı canlı efirdə Ankaradakı partlayışın qarşısını ala bilmədiyi üçün Ərdoğan hakimiyyətini tənqid edən tamaşaçılarına qarşı xoşagəlməz hərəkət edib. Məlumata görə, `A haber` telekanalının aparıcısı Erkan Tan canlı efirdə hökuməti tənqid edən tamaşaçıların üzünə tüpürüb.

***

`Ermənilər bütün Türkiyəni partladacaq` - Jirinovskidən sensasion iddia (VİDEO)

“Türkiyə qoşunları Suriyaya girsə, bu ölkənin bütün şəhərlərində terror aktları törədiləcək”.Bunu Rusiyanın Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski deyib.

***

ABŞ-da Azərbaycanla bağlı bəyannamə qəbul edildi

ABŞ-ın Yuta ştatının Senatı və Nümayəndələr Palatası fevralın 17-də Azərbaycanın tolerantlıq modelini təqdir edən geniş bəyannamə qəbul edib.Bu barədə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.

***

AZAL yeni brend yaradır - Qiymətlər ucuzlaşacaq

“Azərbaycan Hava Yolları” (AZAL) QSC aşağı büdcəli istiqamətlər üzrə uçuşlar yerinə yetirəcək yeni “AZALJET” brendinin yaradılmasına dair planlarını elan edib. AZAL-ın mətbuat xidmətindən verilən məlumatda deyilir ki, “AZALJET” brendi altında uçuşlar 2016-cı il martın 28-dən etibarən Azərbaycan mülki aviasiyasının mövcud infrastrukturu əsasında yerinə yetiriləcək.

***

Azərbaycanda iki nəfər itkin düşüb - Foto

Daxili İşlər Nazirliyi iki nəfərin itkin düşməsi ilə bağlı məlumat yayıb. Məlumata görə, 20.10.1996-cı il təvəllüdlü Mamedova Türkanə Raqub qızı bu il yanvarın 11-də Bərdə şəhərində, 13.12.1973-cü ildə anadan olmuş Əliyev Rəşad Fikrət oğlu isə yanvarın 23-də Bakı şəhərinin Bülbülə qəsəbəsindəki yaşadıqları evlərdən çıxaraq gediblər və bir daha geri qayıtmayıblar. Sonuncu dəfə Türkanə paytaxt ərazisində görünüb.

***

`Mütəllibov Xocalı faciəsinin baş verəcəyini əvvəlcədən bilirdi` - Hərbi prokuror

"Xocalı faciəsinin baş verəcəyini Azərbaycanın o zamankı prezidenti Ayaz Mütəllibov əvvəldən bilirdi". Bunu Azərbaycan hərbi prokuroru, general-leytenant Xanlar Vəliyev “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” kitabının təqdimat mərasimində çıxışı zaman deyib.

***

Əhalinin sayı: ölənlər, boşananlar... - Statistika

Dövlət Statistika Komitəsi Azərbaycanda demoqrafiq vəziyyətə dair məlumat açıqlayıb. Komitədən verilən məlumata görə, Azərbaycan Respublikasının əhalisinin sayı ötən il 112,6 min nəfər və yaxud 1,2 faiz artaraq 2016-cı ilin əvvəlinə 9705,6 min nəfər olub.

***

`O, Putinə sevgisini göstərdi` - Dimanın arvadı (FOTO)

Rusiyanın `Lokomativ` klubunun yarımmüdafiəçisi Dmitriy Tarasovun xanımı Olqa Buzova hesab edir ki, həyat yoldaşı Putinin şəkli əks olunan formanı geyinməklə pis iş görməyib.

***

TQDK sədri Elnur Nağızadədən danışdı - Korrupsiya ittihamı

“Mən Elnur Nağızadənin fəaliyyətinə münasibətimi hələ ötən ilin noyabrında bildirmişəm və onu işdən azad etmişəm".Bu sözləri fevralın 19-da Şamaxı rayonunda vətəndaşlarını qəbul edən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib.

***

Əhali 1 ayda ərzağa 1,1 milyard pul xərcləyib

Bu ilin yanvar ayında Azərbaycanda istehlakçılara 2 mlrd. 243,2 mln. manatlıq və ya 2015-ci ilin eyni ayı ilə müqayisədə 4,3% çox məhsul satılıb.

***

Bondun maşını 3,5 milyon dollara satıldı
Londonda keçirilən hərrac zamanı Ceyms Bondun `Aston Martin DB10` avtomobili satışa çıxarılıb. Maşın 3,5 milyon dollara satılıb.

***

Türkiyə daha 4 şəhid verdi

Bu gün Diyarbakırda daha bir qanlı hadisə baş verib.Sur vilayətində PKK terrorçuları ilə silahlı atışmada iki əsgər və iki polis əməkdaşı öldürülüb.

***

Türkiyədə daha bir faciə - hərbçilərin binası uçdu

Türkiyədə növbəti dəfə faciə baş verib.Diyarbəkirin Sur vilayətində xüsusi təyinatlı hərbçilərin olduğu bina çöküb.

***

Lukaşenkodan İlham Əliyevə zəng

Bu gün Belarus prezidenti Aleksandr Lukaşenko və Azərbaycan prezidenti İlham Əliyev arasında telefon danışığı olub.Bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.

***

Büdcədə nələr dəyişdi? - Parlamentdə gərgin müzakirə

Bu gün Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.İclasda “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə edilib.

***

Bütün dünya onlardan danışır - Ötən gün FOTOLARDA

AzVision.az dünyanın aparıcı xəbər agentliklərinin ötən gün ərzində planetin müxtəlif yerlərindən çəkdikləri maraqlı fotoları təqdim edir:

***

`Kim İŞİD liderini öldürsə, onunla evlənəcəyəm` - FOTOLAR

Misirin tanınmış aktrisası İlham Şahin son bəyanatı ilə gündəmə gəlib.Aktrisa İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadini öldürənlə evlənəcəyini açıqlayıb.

***

Bakıya gələcək `Formula 1` pilotları – SİYAHI

Ötən gün Formula 1-də boş olan son vakansiya da tutulduqdan sonra komandaların tam heyəti formalaşıb."F-1.az" saytına istinadən məlumat verir ki, bununla da iyun ayında ölkəmizə gələcək komandaların tam heyəti məlum olub.

***

Mehriban Əliyeva görüş keçirdi - Fotolar

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyeva Fransa Senatının Yuxarı Departamentindən olan senatoru, Fransa-Qafqaz dostluq qrupunun üzvü Jan-Mari Bokelin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

***

Tanınmış ürək cərrahı - deputata nə sualın var? – SAYTIN QONAĞI

“Saytın qonağı” - AzVision.az saytının ən məşhur və sevilən rubrikalarından biridir.Bu rubrukada oxucularımıza rəsmi şəxslərə sual ünvanlamaq imkanı yaradırıq.Onlar suallara videoformatda cavab verirlər.Saytımızın növbəti qonağı millət vəkili, ürək-damar cərrahı, tibb elmləri doktoru Rəşad Mahmudovdur.

***

Bax, amma diqqətlə... - FOTOLAR

Bəzən şəkilləri anlamaq üçün bir dəfə baxmaq kifayət etmir.Elə görüntülər var ki, onları olduğu kimi dərk etmək üçün dəfələrlə baxmaq lazım olur.

AzVision.az baxmadan keçə bilməyəcəyiniz görüntüləri təqdim edir:

***

Qarabağda 2 erməni əsgəri öldü

Ermənistan ordsunun işğal altındakı Qarabağda yerləşən hərbi hissələrindən birində silahlı insident baş verib. Hadisə zamanı 1997-ci il təvəllüdlü Kamo Ovanisyan və Temur Suloyan ölüblər.

***

Ordumuz döyüş hazırlığını davam etdirir - FOTOLAR

Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə və hərbi hissələrin döyüşə hazırlıq vəziyyətinə gətirilmə planına əsasən kompleks məşqlər keçirilir və şəxsi heyətin funksional vəzifələrini icraetmə bacarıqları yoxlanılır.Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

***

`Düşmən tərəfinin itkiləri çox olur` - Müdafiə Nazirliyi

Rusiya və Ermənistan hökumətləri arasında 2015-ci ilin iyun ayının 26-da imzalanmış, Ermənistana dövlət ixrac kreditinin təqdim edilməsinə dair razılaşmaya görə Rusiya tərəfi Ermənistana Rusiyada istehsal edilən silahların və hərbi texnikanın alınması üçün 200 milyon dollar məbləğində kredit təqdim edib.

***

Əfv Komissiyasının tərkibi dəyişdi - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

***

Azərbaycanda törədilmiş cinayətlərin statistikası

Ötən il ölkədə 26 916 cinayət faktı qeydə alınıb. Əhalinin hər 100 min nəfərinə hesabı ilə qeydə alınmış cinayət hadisələrinin sayı 277 olub. Onların 57,1 faizi az ağır, 28,3 faizi böyük ictimai təhlükə törətməyən, 14,6 faizi ağır və xüsusilə ağır cinayətlərə aiddir. Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı hesabatda bildirilir.

***

Ölkədə nə qədər işsiz var?

Məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilən şəxslərin sayı açıqlanıb. Bu müddət ərzində işsizlərin sayı 29800 nəfər olub ki, onların 38,3%-ni qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği isə 281 manat olub.

***

Röya səfir oldu - VİDEO

Populyar müğənni, əməkdar artist Röya Ayxan bu il mayın 5-dən 21-ə qədər Bakıda təşkil olunacaq 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının səfiri olub. UEFA U-17 Avropa çempionatının səfiri olmasını əks etdirən lövhə Röya Ayxana təqdim edilib.

***

Ermənilər Goranboyda məktəbi yandırdı - FOTO

Ermənistan silahlı birləşmələri təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrini atəşə tutmağa davam edir.Qarşı tərəf bu dəfə Goranboyun Tap-Qaraqoyunlu kənd məktəbini hədəf alıb.Gülləbaran nəticəsində məktəbin binasında yanğın baş verib.İlkin məlumata görə, yanğın binanın dam örtüyündə başlayıb.

***

Rusiya BMT Təhlükəsizlik Şurasının iclasını çağırdı

Rusiya Ankaranın Suriyadakı vəziyyətlə bağlı son bəyanatlarından sonra BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasını çağırmaq niyyətindədir.Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Mariya Zaxarova deyib.

***

Qarabağda erməni komandir güllələndi

Bu gün Ermənistan ordusunda baş verən insidentin təfərrüatları məlum olub.İşğal altında olan Dağlıq Qarabağda erməni pulemyotçusu öz komandirini güllələyib.

***

Ankara terrorunu kürd yaraqlıları üzərinə götürdü

Ankarada 28 nəfərin ölümünə, 61 nəfərin yaralanmasına səbəb olan terror aktına görə məsuliyyəti `Kürdüstan Azadlıq Şahinləri` (TAK) təşkilatı öz üzərinə götürüb.

***

Kluni cütlüyü Ermənistana gedir

Hollivud ulduzu Corc Kluni və həyat yoldaşı Amal Kluni Ermənistana səfər edəcək.Səfər 22-24 aprel tarixlərində baş tutacaq.

***

Obama Ərdoğana zəng etdi - 1 saat 20 dəqiqəlik müzakirə

ABŞ prezidenti Barak Obama türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edib.Prezidentlər 1 saat 20 dəqiqə davam edən telefon söhbətində Suriya münaqişəsi ilə də bağlı müzakirə aparıblar.

***

BVF-nin rəhbəri dəyişmədi - Sabiq nazir vəzifədə qaldı

Fransanın sabiq maliyyə naziri Kristin Laqard növbəti beş il müddətinə yenidən Beynəlxalq Valyuta Fondunun rəhbəri seçilib. Fondun 24 üzvdən ibarət icraçı heyəti qərarı bu gün keçirilmiş iclasda verib.

***

Pul borcu dua ilə ödəniləcək - Məhkəmə qərarı

Rusiya məhkəmələrində qalmaqallı qərar qəbul edilib.Nijeqorod vilayətinin yerli məhkəməsi Pravoslav kilsəsinin yerli bölməsi olan yeparxiyaya icazə verib ki, podratçı şirkətə olan borcunu "dualarla" ödəsin.

Hazırladı: Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti