Azərbaycan ordusu tankları işə saldı - FOTO

Azərbaycan ordusu tankları işə saldı - FOTO
  20 Fevral 2016    Oxunub:7591
Azərbaycan ordusunun tank hərbi hissə və bölmələrində "Ən yaxşı tank heyəti" adı uğrunda yarışlar keçirilir.

AzVision.az xəbər verir ki, bu barədə məlumatı Müdafiə Naziriliyinin mətbuat xidməti yayıb. Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasənYarışlarda tank heyətləri maneə səhəsini, dirsəkli körpünü, mina-partlayış sahəsini, tankəleyhinə xəndəyi və eskarpı dəf etməklə çətin şəraitdə sürücülük tapşırıqlarını yerinə yetirirlər. Heyətlər yerində və hərəkətdə atəş açmaqla təlim sahəsində yaradılmış müxtəlif hədəfləri məhv edirlər.

Yarışların yekununda birliklərdə ilk iki yeri tutan heyətlər Silahlı Qüvvələr üzrə keçiriləcək yarışlarda iştirak edərək ən yaxşı tank komandiri, tuşlayıcı operator və mexanik sürücüləri müəyyən edəcəklər.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti