`Hafka`ya 5 milyon təklif edildi

`Hafka`ya 5 milyon təklif edildi
  20 Fevral 2016    Oxunub:4963
Azərbaycanlı iş adamı Hafiz Məmmədov sahibi olduğu Fransanın "Lans" klubunu satmaq üzrədir.
AzVision.az Report-a istinadən xəbər verir ki, təklif belçikalı iş adamı Qreqori Make tərəfindən edilib. Q.Make səhmlərin 75%-ni əldə etmək üçün 5 milyon avro ödəməyə hazır olduğunu bildirib. Belçikalı iş adamı gələn həftə H.Məmmədovdan rəsmi cavab gözləyəcəyini deyib.

"Lans"ın hazırkı prezidenti Jerve Martel isə məsələylə bağlı ötən həftə H.Məmmədovla görüşüb və klubun səhmlərini satmasını bildirib.

Qeyd edək ki, Hafiz Məmmədov "Bakı" klubunun prezidentidir.


Teqlər:  






Xəbər lenti