Polis maşınını əzənə hökm oxundu - 4 ay həbs
Qeyd edək ki, hadisə fevralın 17-də saat 14.15 radələrində Bakıda Heydər Əliyev Mərkəzinin yaxınlığında qeydə alınıb. Ş. Bəylərov çəkiclə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus BMW markalı, 99 YP 423 dövlət qeydiyyat nişanlı avtomobili əzib. Nəticədə yol polisi avtomobilinə 30 min manat ziyan dəyib.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, hadisəni törədən Şahin Bəylərov saxlanılarkən onun üzərində narkotik vasitə olan heroin aşkarlanıb.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


