Rəsul Quliyev Milli Şuranı və Cəmil Həsənlini biabır etdi
“Keçmiş Ziyalılar Fondunun bir qrup şəxsi özlərini Milli Şura adlandırır. Onlar özlərini Ziyalılar Fondu da adlandıra bilməzlər. Çünki o fondun iştirakçılarının 40%-i belə deyillər. Milli Şuranı yaradan siyasi partiyaların heç biri hazırda orada təmsil olunmurlar.
Yalnız AXCP-dən başqa. Bu qurum 2013-cü ilin prezident seçkilərindən sonra süqut edib. AXCP-dən ibarət olan Milli Şura Azərbaycanda müxalifətin olmadığını icazəli mitinqlərə çıxartdıqları insanlarla sübut etdilər. Metronun yaxınlığındakı stadionda iki minlik mitinqlə başladılar və 300 iştirakçı ilə aksiyaları başa vurdular. Mitinqləri yarım saat gec başlayır və yarım saat da tez başa vururdular. Çünki insanlar sona qədər qalmırdılar.
Milli Şura adlanan, əslində isə, Milli Şura olmayan AXCP-dən ibarət bu qurum 2013-2014-cü illərdə Azərbaycanda müxalifətin olmamasını sadəcə həyata keçirdilər. Bu gün onların hansısa gücə malik olmasını söyləmək çətindir. Real gücü mən görmürəm. 2013-cü ilin prezident seçkilərindən sonra Cəmil Həsənlinin özünün 65%-lə qələbə çalmasını deməsi xarici aləmdə ikraha səbəb oldu. Hansı 65%-dən söhbət gedir? Deyirsiniz ki, seçkilər saxtalaşdırılıb, düzgün saymağa imkan olmayıb, o zaman hansı 65%-dən söhbət gedir?”.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


