DSMF-nin Apellyasiya Şurasının iclası keçirilib

DSMF-nin Apellyasiya Şurasının iclası keçirilib
  22 Fevral 2016    Oxunub:1843
Azərbaycan prezidentinin 3 fevral 2016-cı il tarixli "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında" Fərmanına uyğun olaraq, Dövlət Sosial Müdafiə Fondunda (DSMF) yaradılmış Apellyasiya Şurasının ilk iclası keçirilib.
Fondun İctimaiyyətlə əlaqələr sektorundan AzVision.az-a verilən məlumata görə, iclasda Şuranın fəaliyyətinin təşkili istiqamətində görülmüş işlər müzakirə olunub. Bildirilib ki, Apellyasiya Şurasının yaradılmasından sonra DSMF sədrinin müvafiq əmrləri ilə Şuranın və onun katibliyinin tərkibi təsdiq edilib.

İclasda şura tərəfindən sahibkarların şikayətlərinin araşdırılmasının çevikliyinin təmin edilməsi, əsassız yazışmalara yol verilməməsi və işin səmərəli təşkili üçün meyarların müəyyən olunması, şuranın katibliyinin fəaliyyətini tənzimləyən metodiki reqlamentin hazırlanması və sahibkarların elektron qaydada müraciət etməsi üçün texniki imkanların daha da genişləndirilməsi qərara alınıb.

Qeyd edək ki, DSMF-nin sədr müavini Zakir Babayevin rəhbərlik etdiyi və 7 nəfərdən ibarət Apellyasiya Şurasının tərkibinə fondun məsul əməkdaşları daxildir.


Teqlər:






Xəbər lenti