Sumqayıtda Mübariz İbrahimovun xatirəsi əbədiləşdirildi

Sumqayıtda Mübariz İbrahimovun xatirəsi əbədiləşdirildi
  22 Fevral 2016    Oxunub:2628
Sumqayıt şəhərində küçələrdən birinə Milli Qəhrəman Mübariz İbrahimovun adı verilib.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, bununla bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qərar verib.

Qeyd edək ki, bir müddət öncə Sumqayıt gəncləri şəhərdəki küçələrin birinə Milli Qəhrəman Mübariz İbrahimovun adının verilməsi ilə bağlı maraqlı təkliflə çıxış etmişdilər.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  






Xəbər lenti