Polisi görən oğru özünü bıçaqladı

Polisi görən oğru özünü bıçaqladı
  22 Fevral 2016    Oxunub:1949
Şirvanda soyğunçu özünə xəsarət yetirib.
AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 17-də Şirvan şəhərində şəhər sakini Günel Ağayevanın 230 manatını soyğunçuluq yolu ilə almış həmyerlisi, əvvəllər məhkum olunmuş Pərviz Muradov fevralın 19-da polis əməkdaşlarının ona yaxınlaşdığını gördükdə bıçaqla özünə xəsarət yetirib.

O, bıçaqla qarın nahiyəsindən daxilə nüfuz etməyən xəsarət yetirib. P.Muradov xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti