Gömrükdə 40 min qutu siqaret ələ keçirilib

Gömrükdə 40 min qutu siqaret ələ keçirilib
  23 Fevral 2016    Oxunub:1528
Aksiz markası olmayan 40 000 ədəd siqaret aşkar edilərək götürülüb.
Bu barədə AzVision.az-a Dövlət Gömrük Komitəsinin Mətbut Xidmətindən məlumat verilib. Tovuz Gömrük İdarəsinin əməkdaşları daxil olan məlumat əsasında Gəncə şəhər sakini Məmmədov Şaiq Murad oğlunun idarə etdiyi “Ford Transit” markalı 20 DR 224 dövlət nömrə nişanlı avtomobilə baxış keçirib.

Yoxlama zamanı avtomobildən qaşaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən və üzərində aksiz markası olmayan 40000 ədəd siqaret aşkar edilərək götürülüb.

AzVision.az


Teqlər:  






Xəbər lenti