Novruz bayramını Qəbələdə unudulmaz edin

Novruz bayramını Qəbələdə unudulmaz edin
  23 Fevral 2016    Oxunub:2578
“Qafqaz” hotelləri KİV nümayəndələrini başına topladı.
Azərbaycanda daxili turizmin inkişafına dəstək məqsədilə 20-21 fevral 2016 cı il tarixində Qəbələdə “Turizmin inkişafında KİV in rolu və funksiyası” adlı tədbir keçirilib.

Tədbirə Azərbaycanın ən müasir və peşəkar hotel brendlərindən olan “Qafqaz” hotelləri ev sahibliyi və sponsorluq edirdi. Azərbaycanın əksər aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə baş tutan tədbirdə bölgənin turizm potensialı, eyni zamanda Azərbaycanda 13, Qəbələ rayonunda 8 hoteli olan Qafqaz Hotelləri Qrupu barədə ətraflı məlumat verildi, hotellərin imkanları tanıdıldı.

Ekskursiyaya “Qəbələ Yengicə Thermal and SPA” hoteldən başlayan KİV nümayəndələri nahar etdikdən sonra hotellə tanış oldular. Təbiətin sakit güşəsində, Yengicə isti su vannaların mənbəyində yerləşən hotel şəhər stresindən uzaqda dincəlmək və peşəkar həkimlərin müşayiəti ilə müalicə almaq üçün ideal məkandır. Hotelin ən cazibədar tərəflərindən biri isti su vannaları ilə yanaşı naftalan vannalarının mövcudluğudur.

Yay aylarında balıq həvəskarları üçün hotel xüsusilə maraqlıdır. Yaxınlıqdakı göldən balıq tutaraq manqalda bişirmək bu məşğuliyyətin həvəskarları üçün əvəzedilməz zövqdür. 5 ulduzlu “Qafqaz Sport Hotelə” gələn KİV nümayəndələri bölgənin turizm imkanları barədə müəyyən fikir mübadiləsi apardıqdan sonra şam yeməyinə qonaq edildilər. Qarlı havada axşam gəzintisindən sonra hoteldə gecələdilər. 21 fevral tarixində “Qafqaz Sport Hotel”dəki möhtəşəm səhər yeməyindən sonra bütün heyət “Qafqaz Tufandağ Hotel”ə yollandı. Qafqazın ən müasir dağ xizəkçilik məkanlarından biri olan Tufandağ hoteli müasir infrastrukturu ilə xizəksevərlərin əvəzedilməz məkanlarından biridir. 2015 də istismara verilən hotel yerləşməsi, rahatlığı və yüksək xidmət səviyyəsi ilə rəqiblərindən bir addım öndədir. “Tufandağ Hotel”i həm həftəiçi, həm də xüsusi həftəsonu paketləri ilə müştərilərinə cazibədar təkliflər edir. 2 nəfər üçün 179 AZN ödəyərək müştərilər burda 2 nəfərlik otaqda gecələməklə bərabər, səhər yeməyi, SPA və fitness, ödənişsiz xizək dəsti, ödənişsiz xizək geyimləri, xizək xəttinə buraxılış kartı, eyni zamanda hoteldə erkən qeydiyyat (10:00-dan etibarən) və gec çıxış (16:00-a qədər) imkanları da əldə edə bilirlər.

Xizəklə sürüşdükdən sonra gözəl nahar yeməyində Qafqaz Hotellərinin səlahiyyətli nümayəndəsi bildirdi ki, Novruz bayramı münasibətilə 19-28 mart tarixlərində xüsusi kampanyaya start veriblər. Artıq arzu edənlər 72 AZN-dən başlayan iki nəfərlik otaq qiymətləri ilə, (gecələmə, səhər yeməyi, internet, spa və fitness qiymətə daxildir) 22-23-24 Mart tarixlərində isə 116 AZN-dən başlayan 2 nəfərlik otaq qiymətləri ilə (Gecələmə, səhər yeməyi, SPA, Bayram Şou Programı – Musiqiçilər, aparıcılar, DJ-lər, keçəl və kosa, köpük Şousu, klounlar, rəqqas və rəqqasələr, sehrbazlar və s.) qonaq ola bilərlər.

Eldar Tanrıverdiyev
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti