Vitse-spikerdən deputata etiraz - Parlamentdə gərgin müzakirə
Millət vəkilinin sözlərinə görə, növbəti devalvasiyanın baş verməməsi üçün bu sahələr inkişaf etdirilməlidir: “Düşünürəm ki, kənd təsərrüfatı üçün ayrılan vəsait azdır. Biz neft amilini unutmalıyıq. Ənənəvi sənaye müəssisələrinin bərpasına ehtiyac var. Bu sahənin inkişafı üçün yetəri qədər xammal var. Kimya sənayesinə yeni baxış lazımdır. Bundan başqa kənd təsərrüfatının bütün sahələrini inkişaf etdirmək üçün onlara güzəştlər edilməlidir”.
V.Əhmədov daha sonra ipoteka ilə bağlı çıxış edib. Deputat qeyd edib ki, prezident ipoteka üçün 200 mln. manat vəsait ayırıb. Hökumət bu barədə düşünməlidir.
Deputat Əli Məsimli 2016-cı ilin dövlət büdcəsinə dəyişiklikləri qiymətləndirib. "Büdcə elə qurulub ki, bu, struktuk dəyişikliyə yardım edə bilər. 18,5 mlrd. manat az məbləğ deyil".
Millət vəkili, həmçinin qeyd edib ki, Mərkəzi Bank inflyasiyanı səngitmək üçün sərt pul-kredit siyasəti həyata keçirir ki, bu da gələcəkdə qeyri-neft sektorunun inkişafını ləngidə bilər.
"Sərtliyə varılması neftdənkənar sahələrin boğulmasına gətirib çıxara bilər. İxrac potensialının neftdənkənar sahələr hesabına artırılması istiqamətində addımları poza bilər. Nazirlər Kabinetini əlaqələndirmə funksiyalarını yerinə yetirməyə çağırıram. Sərt pul siyasəti islahatları ləngidə bilər", - deyə Ə.Məsimli vurğulayıb.
Deputat Musa Quliyev isə ölkəyə idxal edilən dərman vasitələrinin Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilməsindən danışıb. O bildirib ki, bir tərəfdən dərmanların qiymətləri tənzimlənir, digər tərəfdən ölkəyə gətirilən dərmanların üzərində olan ƏDV vətəndaşlardan çıxır.
“Sahibkarlar həmin dərmanları gətirərkən uduzmurlar. Çünki onların ödədiyi əlavə dəyər vergisini vətəndaşların ciblərindən çıxırlar. Hesab edirəm ki, bu məsələyə diqqət yetirlməlidir”.
Eyni zamanda deputat ünvanlı sosial yardımın verilməsindən danışıb: “Ünvanlı sosial yardımın dağıdılmaması istiqamətində nazir Səlim Müslümov tərəfindən işlər görülür. Lakin yenə də bu yardımın bir hissəsi dağıdılır. Ona görə təklif edirəm ki, ünvanlı sosial yardım ləğv edilsin və vətəndaşlara yardım edilməsi üçün başqa mexanizm hazırlansın”.
Deputat Musa Quliyev ölkəyə idxal edilən dərman vasitələrinin əlavə dəyər vergisindən (ƏDV) azad edilməsindən söz açıb: "Bir tərəfdən dərmanların qiymətlərini tənzimləməyik, digər tərəfdən ölkəyə gətirilən dərmanların üzərində olan ƏDV vətəndaşlardan çıxır. Sahibkarlar həmin dərmanları ölkəyə gətirərkən uduzmurlar. Çünki, onlar ödədiyi əlavə dəyər vergisini vətəndaşların ciblərindən çıxırlar. Hesab edirəm ki, bu məsələyə diqqət yetirilməlidir”.
Milli Məclisin üzvü Fazil Mustafa isə bildirib ki, ölkədə kölgə iqtisadiyyatı ilə bağlı ciddi addımlar atılmalıdır. Deputat hesab edir ki, bu hal baş verməsə, Vergilər Nazirliyinin xətti ilə Dövlət büdcəsinə daxilolmalarda artımın əsas yükü əhalinin üzərinə düşəcək:
“İri şirkətlər gəlirlərini gizlədir. Belə bir şəraitdə Vergilər Nazirliyinin xətti ilə Dövlət büdcəsinə daxilolmalarda əsas yük əhalinin üzərinə düşəcək. Ona görə də kölgə iqtisadiyyatını aradan qaldırmaq lazımdır”.
Milət vəkilinin Azərbaycan iqtisadiyyatını primitiv adlandırması I vitse-spiker Ziyafət Əsgərovun kəskin etirazına səbəb olub: “Bu fikirlərlə razılaşa bilmərəm. 2008-ci ildə Avropada böhran olanda, Azərbaycanda iqtisadi sisteminin dayanıqlığını özünüz gördünüz. Bu, müvəqqəti çətinlikdir. Hazırkı vəziyyət dünyada baş verən proseslərlə əlaqədardır. Azərbaycanda iqtisadi böhran yoxdur, iqtisadi çətinliklər var. Bu, iqtisadi çətinliklərdən çıxmaq üçün hökumətin konkret konsepsiyası var və aparılan islahatlar nəticəsində bundan qurtulacağıq”.
Deputat Qüdrət Həsənquliyev isə regionlarındakı aeroportların özəlləşdirilməsini təklif edib. O bildirib ki, rəqabət mühitinin formalaşması üçün yeni aviaşirkətlər yaradılmalıdır.
Deputat Fəzail Ağamalı bildirib ki, 447 milyona mənzil-kommunal təsərrüfatının saxlanılmasına nə ehtiyac var? Mənzillər özəlləşib, su, qaz, işıq və s. müstəqildir. Problem olanda başqa sahəyə yönəlir.
Anar Kəlbiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


