DSMF-nin yeni büdcəsi təsdiq edildi

DSMF-nin yeni büdcəsi təsdiq edildi
  23 Fevral 2016    Oxunub:1545
Milli Məclis payız sessiyasında qəbul olunmuş “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” qanun layihələrinə dəyişiklikləri təsdiqləyib.
AzVision.az-ın məlumatına görə, Dövlət Sosial Müdafiə Fondunun bu il üçün gəlir və xərcləri 3 307 360 000 manat səviyyəsində nəzərdə tutulub.

DSMF-nin sədri Elman Mehdiyev bildirib ki, dəyişikliklər pensiyaların sosial müdafiəsinin güclənmdirilməsinə əlavə imkanlar yaradacaq. Dürüstləşdirilmiş büdcədə Fondun 2016-cı il gəlirləri və xərcləri 3 307,360 mln. manat həcmində nəzərdə tutulur ki, bu da 2016-cı il üçün təsdiq olunmuş proqnoz göstəricisindən 7,4% çoxdur.

Gəlirlərin gözlənilən artımının 82,8 mln. manatının və ya 36,2%-nin məcburi dövlət sosial sığorta haqları hesabına, 146 mln. manatı və ya 63,8%-nin isə dövlət büdcəsindən ayrılacaq transfert hesabına təmin edilməsi nəzərdə tutulur.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti