Çexiyanın iki naziri Azərbaycana gəlir

Çexiyanın iki naziri Azərbaycana gəlir
  23 Fevral 2016    Oxunub:1330
Çexiyanın təhsil, gənclər və idman naziri Katerina Valahova, parlamentin sədri Yan Xamaçek və müdafiə naziri Martin Stropnitskonun Azərbaycana səfəri gözlənilir.
Bunu Çex Respublikasının Azərbaycandakı səfiri Vitezslav Pivonka jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, səfərlər ilin ilk yarısına planlaşdırılır: “Təhsil bizim ucun çox vacib sahədir. Bilirsiniz ki, Bakı Slavyan Universitetində çex dilində təhsil alan tələbələr var. Bu tələbələr bizim universitetlərdə pulsuz oxuya biləcək və təqaüd alacaqlar”.

Diplomat əlavə edib ki, Çex Respublikası parlamentinin sədri Yan Xamaçek martın 13-də Azərbaycana səfər edəcək.

AzVision.az


Teqlər:






Xəbər lenti