Ramil Usubovdan yeni rəis təyinatları

Ramil Usubovdan yeni rəis təyinatları
  24 Fevral 2016    Oxunub:9237
Daxili İşlər Nazirliyində (DİN) növbəti kadr dəyişikliyi həyata keçirilib.

AzVision.az-ın əldə etdiyi məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə Xətai rayon Polis İdarəsinin Narkotiklərə qarşı mübarizə şöbəsinin rəisi Fəxrəddin Hacıyev tutduğu vəzifədən azad edilib.

O, Zərdab rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin edilib.

Nazirin digər əmri ilə Füzuli rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili Elşən Qayıbov Beyləqan RPŞ-nin İctimai təhlükəsizlik bölməsinin rəisi vəzifəsinə təyinat alıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti