Bakıda avtobus qəzası - Keçmiş polis öldü (Yenilənib)
Hadisə şahidlərinin dediyinə görə, qəzaya avtobusun işıqforu qırmızı işıqda keçməsi səbəb olub. Hazırda hüquq-mühafizə orqanları hadisə yerində araşdırmaları davam etdirir.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, avtobusla minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər ölüb, 13 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
**
Bakıda sərnişin avtobusu qəzaya düşüb.
Hadisə paytaxtın Nizami rayonu ərazisində, metronun Qara Qarayev stansiyası yaxınlığında qeydə alınıb. Marşrut avtobusunun minik avtomobili ilə toqquşması nəticəsində 1 nəfərin öldüyü, xeyli sərnişinin xəsarət aldığı bildirilir.
Bakı şəhər Təcilli Tibbi yardım Stansiyasından bildirilib ki, hadisə yerinə 7 briqada göndərilib. Artıq 10-a yaxın şəxs xəstəxanalara çatdırılıb. Hazırda xəsarət alan digər şəxslərin xəstəxanalara aparılması davam etdirilir.
Qəzaya düşən 62 saylı xətt üzrə hərəkət edən marşrut avtobusudur. (Apa)
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


