6000 azərbaycanlı ermənilərə girov düşüb
E.Səmədov bildirib ki, indiyədək 1435 nəfər Azərbaycan vətəndaşı əsir və girovluqdan azad edilib:
`Aparılan araşdırmalar nəticəsində 6000-dən artıq Azərbaycan vətəndaşının Ermənistan tərəfindən əsir və girov götürüldüyü müəyyənləşib. Hazırda 3860 nəfər Azərbaycan vətəndaşı əsir və girovluqdadır. Bunlardan 3162-si hərbçi, 698 nəfəri isə mülki şəxsdir. Mülki şəxslərdən 60 nəfər yetkinlik yaşına çatmayan, 249 nəfər qadın, 303 nəfər isə yaşlıdır`.
İşçi qrup rəhbərinin müavini bildirib ki, 9 azərbaycanlı hərbi əsir iradəsinin əksinə olaraq, üçüncü ölkəyə göndərilib: `Əsirlikdə saxlanılan Azərbaycan vətəndaşlarının hədə-qorxu, şantaj yolu ilə Ermənistan xüsusi-xidmət oqranları ilə əməkdaşlığa cəlb edilməsi faktları da mövcuddur. Girovluqdan azad olunan insanlar üzərində aparılan tibbi müayinələr nəticəsində onlarda yolxucu xəstəliklər aşkar olunub`.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


