Nazir müavini sədr oldu

Nazir müavini sədr oldu
  24 Fevral 2016    Oxunub:2243
Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il fevralın 3-də imzaladığı “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apelyasiya Şuralarının yaradılması haqqında” Fərmana əsasən Gənclər və İdman Nazirliyində (GİN) Apelyasiya Şurası yaradılıb.
GİN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Şura həmin Fərmanın icrasının təmin olunması məqsədilə gənclər və idman nazirinin fevralın 15-də imzaladığı sərəncama əsasən formalaşdırılıb. Şuranın yaradılmasında əsas məqsəd sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsidir.

Apelyasiya Şurasının tərkibinə nazirliyin və onun tabeliyində olan qurumların məsul şəxsləri daxildir. GİN-in Apelyasiya Şurasına sədrlik nazir müavini İntiqam Babayevə həvalə olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti