`Mənə ən gözəl hədiyyəni prezident verdi` - Xalq artisti

`Mənə ən gözəl hədiyyəni prezident verdi` -  Xalq artisti
  25 Fevral 2016    Oxunub:3936
Dünən prezident İlham Əliyev tərəfindən “Şöhrət ordeni” ilə təltif edilən Xalq artisti Səkinə İsmayılova təəssüratlarını AzVision.az-la bölüşüb.
Muğam ifaçısı göstərdiyi diqqətə görə, ölkə başçısına və birinci xanıma təşəkkürünü bildirib: “Gördüyüm işlərə, şəxsiyyətimə, sənətimə verdikləri dəyərə görə, prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya təşəkkür edirəm. Hesab edirəm ki, bu mükafat mənimlə çiyin-çiyinə çalışan insanlara, muğam sənətinə verilən dəyərdir. Muğam çətin yoldur. Bu yolu tutmaq, onun ağırlığını daşımaq hər adama nəsib olmur.

Xalqın sevgisi, dövlətin, ölkə başçısının diqqəti, qayğısı sənətkarı böyük zirvələrə çatdırır. Bu zirvəni peşəkar sənətkarların hamısına arzulayıram. Prezidentin məni mükafatlandırması ad günüm üçün ən gözəl, ən dəyərli hədiyyədir. Dünəndən telefonlarım susmur. Hətta tanımadığım dövlətlərdən, müxtəlif şəhərlərdə yaşayan azərbaycanlılardan təbrik zəngləri gəlir”-deyə Səkinə İsmayılova bildirib.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  





Xəbər lenti