Xocalı günü hava necə olacaq?

Xocalı günü hava necə olacaq?
  25 Fevral 2016    Oxunub:1686
Fevralın 26-da Bakıda və Abşeron yarımadasında havanın arabir dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Şimal küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, havanın temperaturu gecə 5-7 dərəcə, gündüz 8-13 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən gecə və səhər bəzi yerlərdə dumanlı, çiskinli, bəzi şərq rayonlarda isə yağıntılı olacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 2-7 dərəcə, gündüz 13-18 dərəcə isti, dağlıq rayonlarda gecə 1-6 dərəcə, gündüz 8-13 dərəcə isti olacaq.

AzVision.az


Teqlər:






Xəbər lenti