İlham Əliyev Putinə zəng edib - Rəsmi məlumat
Prezident İlham Əliyev və Prezident Vladimir Putin iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlıq və beynəlxalq gündəliyə dair bir sıra aktual məsələləri müzakirə ediblər.
Dövlət başçıları Suriya probleminin tənzimlənməsi ilə bağlı fikir mübadiləsi apararaq, Suriyada hərbi əməliyyatların dayandırılması haqqında Rusiya Federasiyası və ABŞ-ın birgə bəyanatının həyata keçirilməsinin vacibliyini vurğulayıblar.
Telefon söhbəti zamanı təmasların davam etdirilməsi barədə razılıq əldə edilib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


