Məscidlərdə Xocalı qurbanları anılacaq

Məscidlərdə Xocalı qurbanları anılacaq
  25 Fevral 2016    Oxunub:1985
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin göstərişi ilə fevralın 26-da paytaxt Bakıda və respublikamızın bütün bölgələrindəki məscidlərdə Cümə namazı zamanı Xocalı soyqırımının qurbanlarının xatirələri yad olunacaq, onların şəninə Quran oxunacaq, ruhları üçün dualar ediləcək.
QMİ-dən AzVision.az-a verilən məlumata görə, A.Paşazadə bütün Azərbaycan xalqına və şəhidlərimizin ailə üzvlərinə dərin hüznlə başsağlığı verir, Allahdan Vətənimiz ugrunda şəhid olanlara rəhmət diləyir, torpaqlarımızın azad və ərazi bütövlüyümüzün bərpa olunması üçün dualar edir.


Teqlər:






Xəbər lenti