`Polis kapitanı ağlını itirmişdi...` - Xocalının ilk şahidi

`Polis kapitanı ağlını itirmişdi...` - Xocalının ilk şahidi
  25 Fevral 2016    Oxunub:2658
“1992-ci ilin fevralın 27-də Gəncəyə qayıdanda Xocalının şərqində 2 km məsafədə dağın ətəyində rəngli paltarlı dinc əhalini gördüm. 500 metr məsafəyə endim və gördüm ki, ermənilər yaralı olan dinc əhalini güllələyirlər”.

AzVision.az xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Xocalı qətliamının ilk şahidi, jurnalistləri bu vəhşiliyin törədildiyi yerə helikopterlə aparan ukraynalı pilot Kraveç Leonid Markoviçin faicə ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, Gəncə aeroportu Dağlıq Qarabağa yaxın aeroport idi:

“Mən helikopter komandiri idim. Ermənilər Azərbaycan vertolyotunu görəndə atəş açmağa başladılar. Gəncəyə gəlib hadisə barədə Azərbaycan rəhbərliyinə məruzə etdim. O zamankı prezident Ayaz Mütəllibovun köməkçisi Gəncəyə gəlib dedi ki, siz hadisə baş verən ərazini tanıyırsınız, jurnalistləri həmin yerə çəkiliş üçün aparın. Jurnalistlər arasında Çingiz Mustafayev də var idi.

O zaman Çingizə çox böyük inam vardı. İnanırdılar ki, o doğru məlumat ötürəcək, çəkiliş üçün cəmi 5 dəqiqə vaxt var idi. Biz havada 5 dəqiqə uçuş etməli idik. Çünki ermənilər bizi görürdülər və atəş aça bilərdilər. Həmin çəkiliş sayəsində dünya bu qətliamdan xəbərdar oldu”.

Ukraynalı pilot bildirib ki, jurnalistlər ümumilikdə 10-15 dəqiqə çəkiliş apara bildi: “Helilopter heyəti aşağı endirdi, özümüz isə havada hazır vəziyyətdə dayanmışdıq ki, ermənilər gələndə dərhal həmin ərazini tərk edək. Heyət aşağı enəndə bir neçə dəqiqə şok yaşadı. Jurnalistlər 2-3 dəqiqə ərzində çəkiliş edə bilmədilər. Çünki insan əsəbləri olanları qəbul etməyə tab gətirmirdi. Meyitlər bir-birindən 200 metr aralı düşmüşdü.

Göydən aydın görünürdü, ancaq jurnalistlər üçün onları çəkmək çətin idi. Hətta ekipajda olan bir polis kapitanı meyitlər içərisində öz oğlunu tapdı. Başı dağılmış uşağını qucağına alıb helikopterə gətirdi. Həmin an biz göyə qalxmağa başlayırdıq. Öz övladını helikopterə qoydu, əlləri boşaldı. Deyəsən ağlını itirmişdi”.

Qeyd edək ki, ukraynalı pilot Kraveç Leonid Markoviç Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun dəvəti ilə Bakıya gəlib.

AzVision.az


Teqlər:  






Xəbər lenti