İran Qarabağdakı Xudafərin körpüsünü təmir edəcək

İran Qarabağdakı Xudafərin körpüsünü təmir edəcək
  25 Fevral 2016    Oxunub:2496
“İran Azərbaycanın işğal altında olan ərazisində yerləşən Xudafərin korpüsünü təmir edəcək”.
AzVision.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Möhsun Pak Ayin keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, təmir işləri Xudafərin və Qız qalası su bəndlərinin tikintisi ilə bağlı Azərbaycanla İran arasında imzalanmış sənəddə öz əksini tapıb.

“Bu baxımdan sazişin böyük siyasi və tarixi əhəmiyyəti var. Orada tarixi abidələrin bərpası və onlara ziyan vurulmaması nəzərdə tutulub. Bu abidələr hər iki ölkənin birgə, müştərək mədəni və tarixi abidəsi kimi qorunacaq” - deyə səfir əlavə edib.

Eldar Tanrıverdiyev


Teqlər:  






Xəbər lenti