İlhamə Quliyevanın ölümü ilə bağlı yeni faktlar

İlhamə Quliyevanın ölümü ilə bağlı yeni faktlar
  25 Fevral 2016    Oxunub:12839
Bu gün dünyasını dəyişən xalq artisti İlhamə Quliyevanın nəşi üzərində aparılan ekspertizanın ilkin nəticələri məlum olub.
AzVision.az-ın Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal şöbəsindən əldə etdiyi xəbərə görə, xalq artisti ürəyində yaranan problemdən dünyasını dəyişib.

Bildirilib ki, onun ölümünə hipertoniya və ürəyin işemik xəstəliyi nəticəsində hipertrofiyalaşmış ürək çatışmazlığı və qan dövranının pozulması səbəb olub.

İ. Quliyevanın əvvəlcədən ürəyinə şunt qoyulub. Ürək böyüdükcə şunt tutulub və nəticədə ürək fəaliyyətini itirib.

Bildirilib ki, meyitdən götürülən qan nümunələri ilə bağlı aparılan yoxlamaların nəticələri 10 gündən sonra məlum olacaq.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  






Xəbər lenti