Ruhaninin Azərbaycana səfəri gözlənilir

Ruhaninin Azərbaycana səfəri gözlənilir
  26 Fevral 2016    Oxunub:1996
İran Prezidenti Həsən Ruhani bu il Azərbaycana səfər edə bilər.
AzVision.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin bu gün keçirilən mətbuat konfransında deyib.

Ruhaninin Azərbaycana nə vaxt gələcəyi isə hələlik məlum deyil.

Qeyd edək ki, prezident İlham Əliyev İrana rəsmi səfəri zamanı iranlı həmkarı Həsən Ruhanini Azərbaycana dəvət edib.

AzVision.az


Teqlər:





Xəbər lenti