Xalqın kədəri ilə hüznə bürünmüş ailə, yeni doğulan körpəyə 10 gündən sonra ad qoya bilir. İsmayılovlar ailəsi bu ağır gündə dünyaya gəlmiş oğlan övladına elə həmin faciəni yaşamış, yer üzündən silinmiş Xocalıların xatirəsinə Xocalı adı qoyur. Bununla da İsmayılovlar ailəsi bu millətin faciəsini, ağrısını və acısını ömürlük olaraq öz ailələrinin yaddaşına yazaraq yaşatmağa qərar verir…
Kədərli günü öz adı ilə daşıyan Xocalı İsmayılov AzVision.az-a müsahibəsində 24 illik faciə və daşıdığı Xocalı adı ilə bağlı fikirlərini bölüşüb.
.jpg)
- Adınız və doğum tarixiniz dəhşətli Xocalı faciəsini özündə canlandırır. Xocalı olmaq sizin üçün çətin deyilmi?
- Dəhşətli faciə günü dünyaya gəlmək, Xocalı adını daşımaq mənim üçün təsəvvür edə bilmədiyiniz qədər çətindir. Torpaqlarımızı işğal altında qalması, Xocalı intiqamını ala bilməməyimiz mənə utanc verir. 24 ildir ad günümü qeyd etmirəm. Mənim ad günümü bütün Azərbaycan göz yaşı ilə qeyd edir. Ad günümdə məni təbrik edəndə utanıram. Arzu edirəm ki, torpaqlarımız işğaldan azad olsun, bundan sonra Xocalı xoşbəxt olacaq.
- Adınızın Xocalı qoyulmasına görə valideynlərinizə irad tutduğunuz, narazılıq etdiyiniz anlar olubmu?
-Xocalının işğalı günü anadan olmuşam. Əslində bir körpənin dünyaya göz açması sevinclə qarşılanmalıdır. Mən dünyaya gələndə əksinə baş verib. Ailəm faciədə zamanı o qədər böyük stress keçirib ki, heç adımın nə olacağını belə fikirləşən olmayıb.
.jpg)
Düzdür, bizim Xocalıda yaxınlarımız, qohumlarımız yoxdur, amma bu faciə bütün Azərbaycanın faciəsi, dərdidir. Babam uzun illər müəllim işləyib. O, bizə gələndə deyib ki, uşağa ad fikirləşməyin, artıq mən ona ad qoymuşam. Faciə günü anadan olduğum üçün adımı Xocalı qoyublar.
- Bəs valideynləriniz bu təkliflə razılaşıblarmı?
-Babam evin ağsaqqalı olduğuna görə, heç kim etiraz edə bilməyib. Həmin faciədə nə qədər körpə emənilər tərəfindən qətlə yetirilib. Adım həmin faciədə dünyasını dəyişən bütün körpələrin ruhuna dua kimi düşünülüb.
- Ad günü necə keçirirsiniz?
- Ad günümü 24 ildir, yəni anadan olandan qeyd etmirəm. Bu gün bütün Azərbaycan xalqı göz yaşı tökür, mən necə sevinə bilərəm? Torpaqlarımız azad olandan sonra könülxoşluğu ilə qeyd edərəm.
- Bu vaxta kimi adınızı dəyişdirmək istəmisinizmi?
.jpg)
- Qohumlarımızdan bir çoxu adımın dəyişdirilməsini təklif edib. Amma evdə hamı indiki adımdan razı olduğundan dəyişdirməmişik. İki dəfə belə təklif olub. Amma razı olmamışıq. Hətta uşaqlar arasında adımla zarafatlaşanlar da olub. Məni faciə də çağırıblar. Bu məni incitməyib.
-Adınızla bağlı yaşadığınız ən maraqlı məqamı necə xatırlayırsınız?
-Həmişə atamın arzusu olub ki, mənim toyum olana kimi Xocalı işğaldan azad olunsun. Mənim toyum da Xocalıda çalınar. Amma mən bir az tələsdim. Atamın arzusu gözündə qaldı. Əvvəllər düşünürdüm ki, Xocalı azad olmasaydı, ailə qurmayacağam. Tale elə gətirdi ki, ailə qurdum.
Gültəkin Ələsgər
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


