Ziyafət Əsgərov: `Rusiya düzgün addım atmadı`

Ziyafət Əsgərov: `Rusiya düzgün addım atmadı`
  26 Fevral 2016    Oxunub:2135
`Rusiyanın Ermənistana silah satması birinci hal deyil`.
AzVision.az xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Rusiyanın Ermənistana silah satmasına münasibət bildirərkən deyib.

Vitse-spikerin sözlərinə görə, Rusiyanın bu addımı Ermənistanla Azərbaycan arasında vəziyyəti daha da gərinləşdirəcək.

“Biz Xarici İşlər Nazirliyinin notasına cavab olaraq Rusiyanın Azərbaycana obyektiv məlumat verməsini gözləyirik. Hər halda Ermənistanın indiki vəziyyətdə silahlandırılması və bundan əvvəl də Ermənistana Rusiya tərəfindən silah verilməsi Azərbaycanı narahat edir. Biz bunu düzgün addım hesab etmirik. İşğalçı dövlət olan Ermənistanın silahlandırılması vəziyyəti daha da gərginləşdirir”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti