`Sahibkarlar sui-istifadə edir` - Komitə sədri şikayətləndi

`Sahibkarlar sui-istifadə edir` - Komitə sədri şikayətləndi
  26 Fevral 2016    Oxunub:2356
“Yoxlamaların dayandırılmasından bəzi sahibkarlar sui-istifadə edirlər”.
AzVision.az xəbər verir ki, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.

Komitə sədrinin sözlərinə görə, sui-istifadə halları şikayətlərin yaranmasına gətirib çıxarır: “Şikayətlər hər bir sahədə olur. Onlara qarşı tədbirlər görülür”.

R.Həsənov yanacağın keyfiyyəti ilə bağlı şikayətlərə cavab olaraq bildirib ki, ölkədəki yanacağın keyfiyyəti normalara uyğundur: “Biz premium benzini idxal edirik. Bu benzin bütün normalara uyğundur. Keyfiyyətlə bağlı heç bir problem yoxdur. Ola bilsin ki, kəmiyyətlə bağlı problemlər var”.

Elvin Abdulqədirov


Teqlər:  






Xəbər lenti