`Sahibkarlar sui-istifadə edir` - Komitə sədri şikayətləndi
Komitə sədrinin sözlərinə görə, sui-istifadə halları şikayətlərin yaranmasına gətirib çıxarır: “Şikayətlər hər bir sahədə olur. Onlara qarşı tədbirlər görülür”.
R.Həsənov yanacağın keyfiyyəti ilə bağlı şikayətlərə cavab olaraq bildirib ki, ölkədəki yanacağın keyfiyyəti normalara uyğundur: “Biz premium benzini idxal edirik. Bu benzin bütün normalara uyğundur. Keyfiyyətlə bağlı heç bir problem yoxdur. Ola bilsin ki, kəmiyyətlə bağlı problemlər var”.
Elvin Abdulqədirov







Vaxtında, Aydın, Lazımlı!


