`Pensiyalar qrafikdən əvvəl maliyyələşdirilir` - Elman Mehdiyev

`Pensiyalar qrafikdən əvvəl maliyyələşdirilir` - Elman Mehdiyev
  26 Fevral 2016    Oxunub:2197
`Pensiyaların maliyyələşdirilməsi hər ay qrafikdən əvvəl aparılır`.
AzVision.az-ın məlumatına görə, bunun Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev bildirib. Onun sözlərinə görə, fondun kifayət qədər maliyyə dayanıqlığı var.

O, qeyd edib ki, bu yaxınlarda parlamentdə Dövlət Sosial Müdafiə Fondunun 2016-cı ili üzrə büdcəsində dürüstləşmə aparılıb:

`Ayrılacaq maliyyə vəsaiti həm dövlət büdcəsinin, həm də Dövlət Sosial Müdafiə Fondunun sosial sığorta agentliyinin maliyyəsi hesabına təmin olunub. Bu isə onu deməyə əsas verir ki, pensiya sistemi kifayət qədər maliyyə dayanıqlığına malik olacaq. Hər ay pensiyalar qrafikdən əvvəl maliyyələşdirilir`.

Elvin Abdulqədirov



Teqlər:  





Xəbər lenti