Ordumuzun döyüş hazırlığı

Ordumuzun döyüş hazırlığı
  26 Fevral 2016    Oxunub:1892
Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Qaraheybət təlim mərkəzində hərbi qulluqçuların peşəkarlığının və nəzəri biliklərinin artırılması, praktiki vərdişlərinin möhkəmləndirilməsi məqsədilə hazırlıq məşqləri keçirilib.
AzVision.az Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətinə istinadən xəbər verir ki, şəxsi heyətə real döyüş şəraitinə uyğun vəziyyətdə zirehli texnikaların idarə edilməsi, manevr imkanları öyrədilib, eləcə də ekipajların praktiki hazırlığı, şərti düşmənin canlı qüvvə və texnikasına zərbə vurulması üzrə tapşırıqlar icra olunub.

Hərbi qulluqçuların silahlanmada olan müxtəlif çaplı silahlardan praktiki istifadə etmək bacarıqları təkmilləşdirilib.





Teqlər:  





Xəbər lenti