Neftçilərdən daha birinin cəsədi tapılıb

Neftçilərdən daha birinin cəsədi tapılıb
  26 Fevral 2016    Oxunub:3675
Xəzər dənizinin Neftçala ərazisində aşkar edilmiş cəsəd identifikasiya olunub.

Bu barədə AzVision.az-a SOCAR-dan məlumat verilib.

Bildirilib ki, fevralın 21-də Xəzər dənizinin Neftçala ərazisində aşkar edilmiş cəsədin DNT analizinin nəticələri məlum olub.

Ekspertlərin rəyinə əsasən, cəsəd SOCAR-ın Nəqliyyat İdarəsinin əməkdaşı Xudaverdiyev Cavad Xudaverdi oğlunundur. O, dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 saylı dəniz özülündə baş vermiş qəzada itkin düşən 3 neftçidən biridir.

Xatırladaq ki, ötən il dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş verib.

Neft Daşlarındakı 501 saylı və `Günəşli` yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.

AzVision.az


Teqlər:  





Xəbər lenti