Milli Məclisin xərcləri azaldılır

Milli Məclisin xərcləri azaldılır
  27 Fevral 2016    Oxunub:1922
Milli Məclisin 2016-cı il üçün nəzərdə tutulan xərcləri azaldılır.
AzVision.az xəbər verir ki, “Azərbaycan Respublikası Milli Məclisinin 2016-cı il üçün xərclər smetası haqqında” Milli Məclisin 2015-ci il 20 oktyabr tarixli qərarına edilən dəyişikliyə əsasən, Milli Məclisin və onun aparatının 2016-cı il üçün xərclər smetası 22 694 934 manat məbləğində müəyyən edilib. Bundan öncə isə 2016-cı il dövlət büdcəsində Milli Məclis və onun aparatının saxlanması üçün 22 mln. 745 min manat 955 manat vəsait nəzərdə tutulmuşdu.

Beləliklə, 2016-cı il üçün Milli Məclis və onun aparatının saxlanması üçün ayrılan vəsaitin həcmi 51 021 manat azaldılır.

Qeyd edək ki, “Azərbaycan Respublikası Milli Məclisinin 2016-cı il üçün xərclər smetası haqqında” Milli Məclisin 2015-ci il 20 oktyabr tarixli qərarında dəyişiklik edilməsi ilə bağlı layihə martın 4-də Milli Məclisin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  






Xəbər lenti