Nazirlik Türkiyədə nümayəndəlik açır
Bu nümayəndəliyin fəaliyyəti nəticəsində Azərbaycan turizminin marketinq strategiyasına uyğun olaraq, prioritet ölkələrdən hesab olunan Türkiyədə təbliğat işinin gücləndirilməsi olduqca vacibdir və nümayəndəliyin əsas fəaliyyəti bundan ibarət olacaq.
2016-cı il 29 fevral tarixində İstanbul şəhərində turizm nümayəndəliyinin rəsmi açılışı ilə bağlı tədbir keçiriləcək. Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə yanaşı, Azərbaycan Turizm Assosiasiyasının, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının, Azərbaycan Konqreslər Bürosunun rəhbərləri, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, Azərbaycan və Türkiyə turizm şirkətləri və mehmanxanalarının, həmçinin hər iki ölkənin KİV nümayəndələrinin iştirakı planlaşdırılır.
Tədbirin sonunda Azərbaycanda fəaliyyət göstərən böyük mehmanxanaların və “Formula 1” yarışmasının Qran-Pri mərhələsinin təqdim etdiyi biletlərə əsasən viktorinalar keçiriləcək.
Xatırladaq ki, artıq bir neçə ildir Azərbaycanın turizm nümayəndəliyi BƏƏ-də və Almaniyada, 24 fevral tarixindən isə Rusiyada fəaliyyət göstərir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


