Məhkəmə sədri işdən çıxmaq üçün ərizə yazdı

Məhkəmə sədri işdən çıxmaq üçün ərizə yazdı
  27 Fevral 2016    Oxunub:4810
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədr əvəzi Müseyib Hüseynov vəzifəsindən azad olunması ilə bağlı ərizə yazıb.
AzVision.az Report-a istinadən xəbər verir ki, ərizə sənədi Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədova ünvanlanıb.

F.Məmmədov ərizəni qəbul edib.

M.Hüseynov ərizəsində səhhəti ilə əlaqədar iş yerinin dəyişdirilməsini istəyib.

Gələn həftə Milli Məclisdə onun vəzifəsinin dəyişdirilərək Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi məsələsi müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, M.Hüseynov 2011-ci il yanvarın 1-dən 2016-cı il yanvarın 1-dək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədri vəzifəsində çalışıb. Bu il yanvarın 1-dən indiyədək həmin məhkəmənin sədr əvəzidir.


Teqlər:  






Xəbər lenti