Azərbaycan-Bəhreyn oyununda hesab 1:0 - YENİLƏNİR

Azərbaycan-Bəhreyn oyununda hesab 1:0 - YENİLƏNİR
  11 İyul 2013    Oxunub:1559
Bakıda Beynəlxalq Hərbi İdman Şurasının hərbçilər arasında birinci Dünya Futbol Kuboku yarışları davam edir.
Azərbaycan yığması və Bəhreyn komandasının oyununda millimiz 1:0 hesabı ilə irəli çıxıb.

“Dalğa Arena”da keçirilən oyunun birinci hissəsinin 26-cı dəqiqəsində Bəhreyn komandasının qapısından topu millimizin 16 nömrəli oyunçusu Elnur Abdulov keçirib.

***
AzVision.az xəbər verir ki, bu gün saat 21:00-da “Dalğa Arena”da yarışların dörddəbir final mərhələsi çərçivəsində Azərbaycan millisi ilə Bəhreyn komandası arasında oyun başlayıb.

Əvvəlcə hər iki ölkənin dövlət himni səsləndirilib.

Baş məşqçisi Nazim Süleymanov olan Azərbaycan millisinin start heyətində Aqil Məmmədov, Nodar Məmmədov, Azad Kərimov, Novruz Məmmədov, Elşad Manafov, Tərlan Xəlilov, Eşqin Quliyev, Elnur Abdulov, Elvin Məmmədov, Bəxtiyar Soltanov və Cavid Hüseynov yer alıblar.

“Oyunun baş hakimi Əlcəzairdən olan Berhari Mohameddir. Ona həmyerliləri Bitam Movnir və Omari Ben Absella kömək edirlər.
“A” qrupunda qərarlaşmış Azərbaycan komandası maksimum nəticə göstərərək bütün oyunlardan qalib ayrılıb. Üç oyundan 9 xal toplamış komandamız rəqib qapılarından 9 top keçirmiş və bir dəfə də olsun qol buraxmamışdır. Son oyunda İraq komandası üzərində 3:0 hesabı ilə əldə edilən qələbə komandamızı qrup birinciliyinə yüksəltib.

Azərbaycan-Bəhreyn qarşılaşması ilə eyni vaxtda Əlcəzair-İraq, Oman-Qətər, Kamerun-Kot-Divuar komandaları arasında da oyunlar keçirilir.

Həmin oyunlar “Bayıl”, “Şəfa” və “Zirə” stadionlarında keçirilir.


Teqlər:  





Xəbər lenti