`Bakıya məruzəçi kimi gəlməmişəm` - Aqramunt

`Bakıya məruzəçi kimi gəlməmişəm` -  Aqramunt
  29 Fevral 2016    Oxunub:1837
“Azərbaycana səfər etməkdə məqsədim AŞ PA, həmçinin Assambleyanın bütün qurumları, o cümlədən Baş Katiblik, Venesiya Komissiyası arasında əlaqələrin inkişaf etdirilməsidir”.
AzVision.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Pedro Aqramunt deyib.

O, bildirib ki, hazırda Azərbaycanla AŞ PA arasındakı münasibətlər çox yaxşı səviyyədədir: “Lakin hesab edirəm ki, bəzi məsələlərin müzakirə edilməsinə ehtiyac var. Mən əvvəlki kimi Bakıya məruzəçi kimi gəlməmişəm. Məqsədim burada Avropa Şurası ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsinə kömək göstərməkdir".

AŞ PA prezidenti bildirib ki, bu gün bir sıra QHT nümayəndələri ilə görüşlər keçirib: “Çox açıq müzakirələr aparmışıq. Gün ərzində Azərbaycanın AŞ PA-dakı nümayəndə heyəti və Milli Məclisin sədri Oqtay Əsədovla da görüşlər keçirəcəyik”.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti